e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə - RƏSMİ AÇIQLAMA

2020-05-16 | Kadr işi | 4809

"İcbari Tibii Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birlikdə həkimlərin əməkhaqqının ödənilməsi ilə bağlı müvafiq işləri davam etdirir".

FED.az "report"a istnadən xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əksər müəssisələrdə mart ayının əməkhaqqı verilib və aprel ayının əməkhaqqının verilməsi prosesi davam etdirilir: "Tibb işçilərimizin bir qisminin maaşları gündəlik hesablanmışdı, amma məlum olub ki, həkimlərin günlük iş saatları 6 saatdır. Bəzi həkimlər isə 12 saat çalışır. Bununla bağlı haqlı iradlar vardı. Məlumat daxil olan kimi araşdırıldı. Siyahıların dürüstləşdirilməsi prosesi aparılır. Fədəkar həklimlərimiz əmin ola bilər ki, hər bir həmkarımızın əməyi qiymətləndiriləcək. Ölkə rəhbərinin ayırdığı vəsait hər bir həmkarımıza çatacaq".

Mənbə: https://www.fed.az/az/saglamliq/koronavirusla-mubarize-aparan-hekimlerin-maasi-barede-resmi-aciqlama-80648


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.