e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda yaşayış minimumu artırılır

2015-10-07 | İqtisadiyyat | 2708

Gələn il Azərbaycanda yaşayış minimumu 136 manat olacaq, ehtiyac meyarı isə artmayacaq.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadı Rəcəbli bildirib.

"Bu il yaşayış minimumu 131 manat təşkil edib, gələn il üçün isə bu rəqəm artaraq 136 manat olacaq. Növbəti ildə ehtiyac meyarı isə bu ildə olduğu kimi saxlanılaraq 105 manat təşkil edəcək", - deyə komitə sədri qeyd edib.

Mənbə: http://www.marja.az/mikro/hr/item/188395-azərbaycanda-yaşayış-minimumu-artır.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.