Tikinti biznesi sadələşdirilmiş vergi ödəyəcək?2015-10-16 | Vergilər | 2562Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Layihədə binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz. Vergilər naziri Fazil Məmmədov qanun layihəsi barədə məlumat verərək bildirib ki, layihədə təklif olunan dəyişikliklərin bir qismi sadələşdirilmiş vergi tutulmasının təkmilləşdirilməsi və tikinti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə aiddir. Ticarət və ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərən şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir. Mənbə: http://www.marja.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.