Fəaliyyətinə icazə verilən bəzi sahələrdə işə cəlb olunan işçilərin sayı 50, bəzilərində isə 30 faizdən çox olmamalıdır - SİYAHI
2020-06-25 | Kadr işi | 6923
Fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işə cəlb olunan işçilərin sayı 50 faizdən çox olmamalıdır.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- qablaşdırma məhsullarının istehsalı;
- daş, metal və taxta məhsullarının istehsalı;
- mebel istehsalı və təmiri;
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- onlayn satışlar;
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- avtomobillərin təmiri;
- avtomobil yuyulma məntəqələri;
- heyvan sığınacaqları;
- tərcümə xidmətləri sahəsində
fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Qeyd olunan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.
Günay Elşadqızı
Mənbə: https://apa.az/az/sosial_xeberler/Faliyytin-icaz-veriln-bzi-sahlrd-is-clb-olunan-iscilrin-sayi-50-bzilrind-is-30-faizdn-cox-olmamalidir-colorredSIYAHIcolor-593618
|