Mədən vergisi də artırılır2015-10-16 | Vergilər | 3071Azərbaycanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin artırılması təklif edilir. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı vergilər naziri Fazil Məmmədov məlumat verib. Onun sözlərinə görə, Vergi Məcəlləsinin qüvvəyə mindiyi tarixdən etibarən yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin sayının çoxalması, habelə ölkədə aparılmış məqsədyönlü iqtisadi siyasət nəticəsində tikinti və sənaye sektorunun sürətli inkişafı qeyri-filiz faydalı qazıntılarına olan tələbatı artırıb: "Bununla əlaqədar olaraq qanun layihəsi ilə qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinə yenidən baxılması təklif edilir. Bu da dövlət və bələdiyyə büdcələrinin daxilolmalarının artmasına müsbət təsir göstərəcək".
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.