Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi2020-08-10 | Vergilər | 6377Müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:
Misal: Mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergi ödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergi ödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır. Fəxriyyə İKRAMQIZI |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.