e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təlimatın layihəsi müzakirə edilib

2020-09-26 | Audit | 3237

Auditorlar Palatasında “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın layihəsi müzakirə olunub.

Palatadan AZƏRTAC-a bildirilib ki, auditor xidmətinə ictimai etimadın yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin təmin edilməsi auditorlar tərəfindən yol verilən haqsız rəqabət hallarının vaxtında aşkarlanması və belə hərəkətlərə qarşı adekvat cəza tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan auditor xidməti bazarında haqlı rəftar üçün zəruri şəraitin yaradılması auditor peşəsinin imicinin yüksəldilməsi və xidmət bazarında haqlı rəqabətin bərqərar olması nöqteyi-nəzərindən vacib olmaqla auditor xidmətinin stabil fəaliyyəti və inkişafı üçün imkanlar yaradır. Bu məqsədlə haqsız rəqabətə yol verən auditorlara və onların mütəxəssislərinə qarşı təsirli tədbirlər sisteminin işlənib hazırlanması və onların tətbiqi “Auditor fəaliyyətində haqsız rəqabət hallarına qarşı mübarizəyə dair Təlimat”ın hazırlanmasını zəruri edib. Auditorlar Palatasinin 2020-ci il üzrə iş planının “Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanması” maddəsinə əsasən təlimat hazırlanıb. Təlimatın onlayn müzakirəsi keçirilib, auditorlar tərəfindən haqsız rəqabət hallarına qarşı mübarizəyə dair təkliflər verilib.

Mənbə: https://azertag.az/xeber/Auditor_fealiyyetinde_haqsiz_reqabet_hallarina_qarsi_mubarizeye_dair_telimatin_layihesi_muzakire_edilib-1578365


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.