e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiqlənib

2021-01-15 | Vergilər | 4794

Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib. Daxilolmaların yeni büdcə təsnifatı kodları icbari tibbi sığorta haqları, maliyyə sanksiyası və faizlər üzrə ödənişlərin düzgün uçotunun aparılmasına, ödənişlərin şəxsi hesab vərəqələrində vahid şəkildə optimallaşdırılmasına imkan yaradacaq.

Vergi ödəyiciləri icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında tanışla bilərlər:

https://www.taxes.gov.az/az/post/1239

Mənbə: https://vergiler.az/news/economy/11361.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.