e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

ARPA işçilərin icbari sığortası mövzusunda Vebinar keçirdi

2021-01-23 | İqtisadiyyat | 2849

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 16 yanvar 2021-ci il tarixində “İşçilərin İcbari Sığortası” (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) mövzusunda vebinar keçirmişdir.

Vebinarda “Atəşgah Sığorta” şirkətinin korporativ mütəxəssisi, “Peşəkar Sığortaçı” (PSS) sertifikatının sahibi, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) - da, həmçinin Universitas International təlim şirkətində sığorta üzrə təlimçi Ramidə Alıyeva təqdimatçı qismində iştirak etmişdir. İnteraktiv formada keçirilən vebinarda icbari sığortanın əhəmiyyəti, qanunvericilikdə sığortalının hüquqları və vəzifələri ilə bağlı mövzular müzakirə edilərək iştirakçıların sualları cavablandırılmışdır.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.