e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR

2021-02-03 | Mühasibat uçotu | 6489

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 6 fevral 2021-ci il tarixində “Peşəkar Mühasib Sertifikasiyası” imtahanı ilə bağlı sual-cavab mövzusunda vebinar keçirəcəkdir.

Vebinarda ARPA Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov, həmçinin komitənin üzvləri Elsəvər İbadov və Abdulkərim Sadıqov təqdimatçı qismində çıxış edəcəklər. Təqdimatçılar “Peşəkar Mühasib Sertifikasiyası” ilə bağlı iştirakçılara aydın olmayan məsələlərə aydınlıq gətirəcək və ünvanlancaq sualları cavablandıracaqlar.

Vebinar Zoom platforması üzərindən saat 15:00-da keçiriləcəkdir.

Vebinarda iştirak etmək üçün aşağıda göstərilən linkə keçid edərək qeydiyyatdan keçə bilərsiniz.

https://forms.gle/WABvvtk3m7f8JHei9

Qeyd: İştirak ödənişsiz!

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.