Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları 2021-ci ildən necə hesablanacaq?2021-02-04 | Vergilər | 50588 may 2020-ci il tarixli "Sosial sığorta haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" AR Qanununa 2.1 bəndinə əsasən 1 yanvar 2021-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği aşağıdakı dərəcələrlə hesablanacaq: Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir. Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:
01.01.2021 tarixindən - 01.01.2026 tarixinə kimi
Tikinti və ticarət sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 50 faizi miqdarının: Bakı şəhərində 100 faizi - 125 manat; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 112.50 manat; digər şəhərlərdə 80 faizi - 100 manat; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 75 manat; kənd yerlərində 50 faizi 62.50 manat. miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (2019-cu il sentyabrın 1-dən 250 manat) 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi - 62.50 manat; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi - 56.25 manat; digər şəhərlərdə 80 faizi - 50 manat; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi - 37.50 manat; kənd yerlərində 50 faizi 31.25 manat. miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.