Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib2021-03-23 | Hüquq | 4408“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Bu Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 mart 2021-ci il. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.