ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək2021-10-05 | Sertifikasiyalar | 3323Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 15 oktyabr 2021-ci il, saat 16:00 tarixində seminar (master klass) keçiriləcəkdir. Seminar “Peşəkar Mühasib Sertifikatı” mövzusunu əhatə edəcək və seminarda sertifikasiya imtahanlarından azadolmalar, imtahana hazırlıq prosesi, qeydiyyat və peşəkar üzvlük kimi məsələlər müzakirə olunacaqdır. ARPA-nın baş ofisində keçiriləcək seminarda ARPA Mühasibat Uçotu Komitəsinin sədri Firudin Sultanov, komitənin üzvləri Radil Fətullayev, Elsevər İbadov və Abdulkərim Sadıqov spiker qismində iştirak edəcəklər. Qeyd edək ki, seminar ARPA üzvləri üçün ödənişsizdir. Qeyri-üzv iştirakçılar üçün isə iştirak haqqı 20 AZN təşkil edir. Seminarda iştirak etmək istəyən şəxslər linkə https://forms.gle/cJZg4Bg1Kz5Nbnvq5 - keçid edərək qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. QEYD: Operativ Qərargahın qayda və tələblərinə əsasən seminarda iştirak üçün COVID-19 pasportu və ya immunitet sertifikatı şərtdir! Əlaqədar şəxs: Səadət Hüseynli Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43 Email: saadat.huseynli@arpa.org.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.