Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib2022-02-17 | Vergilər | 4376Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub. Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Xergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib. Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib. Yeni qaydalar və bəyannamə formaları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz. https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.