e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bir sıra bəyannamə, onların əlavələrinin forma və tərtib olunma qaydaları təsdiq edilib

2022-02-28 | Vergilər | 5075

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formalarında və doldurulması qaydalarında, həmçinin əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Təsdiq edilmiş yeni bəyannamə formaları aşağıdakılardır:

Əlavə dəyər vergisinin bəyannaməsi (2, 3, 4 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;

Aksiz vergisi bəyannaməsi (2 və 3 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları;

Mədən vergisi bəyannaməsi və tərtib edilməsi qaydaları;

Ödәmә mәnbәyindә tutulan verginin bәyannamәsi (1 və 2 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları; Mənfəət vergisi bəyannaməsi (5 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;

Gəlir vergisi bəyannaməsi (3 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;

Torpaq vergisi bəyannaməsi (2 nömrəli əlavə ilə) və tərtib edilməsi qaydaları;

Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış və tərtib edilməsi qaydası.

Bununla da müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: https://www.taxes.gov.az/az/post/1819


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.