![]() Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır2022-04-13 | Vergilər |![]() Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtləri ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün iqtisadçı ekspert Anar Bayramov şərh edir. Vergi Məcəlləsinə əlavə edilmiş 72.4-1-ci maddə vergi ödəyicilərinin təqdim etdikləri vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik hesab oluna bilər. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən halları, sonra isə misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək. Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
Misal: Vergi ödəyicisi 2021-ci ilin dekabr ayında 30.000 manatlıq malı qarşı tərəfə təqdim edib. Qarşı tərəf 2022-ci ilin fevral ayında həmin malların 12.000 manatlıq hissəsini geri qaytarıb. Vergi ödəyicisi 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 30.000 manatı gəlir kimi tanıyıb. Malların geri qaytarılması 2022-ci ilin fevral ayında baş verdiyi üçün vergi ödəyicisi artıq 2021-ci il yox, 2022-ci il üzrə vergi hesabatında dəqiqləşdirmə aparacaq.
Vergi ödəyicilərinin vergi orqanının səyyar vergi yoxlaması keçirdiyi dövrə dəqiqləşdirmə vermək hüququ məhdudlaşdırdığı üçün yuxarıda qeyd etdiyimiz hallarda problemlərlə üzləşirdilər. Yeni dəyişiklik nəticəsində Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən hallara dair öncəki dövlərdə təqdim edilən hesabatlar üzrə dəqiqləşdirmə aparılmasına ehtiyac yaranmadığı üçün həmin problem də aradan qalxmış oldu.
|
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2023
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.