Maliyyə lizinqi hansı halda ƏDV-dən azad edilmir?2022-12-19 | Vergilər | 4410Qanunvericiliyə əsasən, maliyyə xidmətləti ƏDV-dən azaddır. Bəs bu vergi güzəşti maliyyə lizinqinə hansı halda şamil edilə bilməz? Suala mühasibat mütəxəssisi Orxan İsgəndərov aydınlıq gətirir. Maliyyə xidmətləri Vergi Məcəllənin 13.2.14-cü maddəsi ilə tənzimlənir. Bu maddədə maliyyə lizinqinin də adı çəkilir. Hansı əməliyyatların maliyyə lizinqi sayıldığını müəyyənləşdirmək üçün Məcəllənin 140-cı maddəsini nəzərdən keçirmək lazımdır. Vergi Məcəlləsinin 140.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:
İndi isə Maliyyə lizinqinin ƏDV ilə bağlı xüsusi nüanslarına toxunaq. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsində göstərilib ki, maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Lakin elə hallar ola bilər ki, bu, lizinq müqavilələrinə şamil edilməsin. ƏDV-dən azad olunma şərtini aydınlaşdırmaq üçün lizinq alan subyektin vergi ödəyicisi olub-olmadığını müəyyən etməliyik. Müqavilənin subyektlərini müəyyən edərkən lizinq alanla bağlı Mülki Məcəllədə və Vergi Məcəlləsində müddəaların olduğunu görə bilərik. Mülki Məcəllənin 747.1.3 cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi, Mülki Məcəllədə lizinq müqaviləsi üçün vergi ödəyicisi olub-olmamaq kimi şərt yoxdur. Çünki hüquqi və fiziki şəxslər anlayışında fiziki şəxsləri vergi uçotunda olan və olmayan şəxslər kimi nəzərə alırıq. Vergi Məcəlləsinin 140.1-ci maddəsinin sonuncu abzasına əsasən, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bundan da belə nəticəyə gələ bilərik ki, əgər lizinq alan vətəndaşdırsa, bu zaman Vergi Məcəlləsinin 140-cı maddəsinə əsasən, əməliyyat maliyyə lizinqi sayılmır, Məcəllənin 13.2.14-cü maddəsinin maliyyə xidmətləri anlayışından çıxarılır və 164.1.2 ci maddədəki ƏDV-dən azadolma bu əməliyyata aid edilmir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.