e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN

2023-04-01 | Vergilər | 3807

Prezident İlham Əliyev Azərbaycanda media subyektlərinin vergidən azad edilməsi ilə bağlı fərman imzalayıb.

FED.az xəbər verir ki, dövlət başçısı mətbuat orqanlarının vergilərdən azaj edilməsi ilə bağlı bir qədər əvvəl Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Eləcə də prezident Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı öz fərmanında dəyişiklik edib.

İmzalanan sənədlərə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.

bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq.

Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil edilmir.

Mənbə: https://fed.az/az/vergiler/azerbaycanda-media-3-il-muddetine-vergiden-azad-edildi-ferman-159489


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.