Sahibkarlara müəssisə resurslarının idarə olunması üçün yeni imkanlar təqdim ediləcək2023-10-13 | Accountsoft | 1371“Azerp” internet platformasının imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Bu barədə "vergiler.az"a “Azexport.az” elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov deyib. Onun sözlərinə görə, platforma sahibkarlara müəssisə resurslarının idarə olunması üçün rəqəmsal imkanlar təqdim edir. “Sahibkarlar portalın imkanlarından istifadə etməklə anbar, logistika, insan resursları və elektron ticarət kimi 50-dək istiqamət üzrə imkanlardan faydalana biləcəklər. Rəqəmsallaşma əksər dünya ölkələri üçün prioritet istiqamətlərdəndir. Səhiyyə, təhsil, sosial və iqtisadi sahələrdə rəqəmsallaşmanın tətbiqi sürətlə genişlənir. Ölkəmizdə də bu sahəyə ciddi dəstək göstərilir. Bu məqsədlə müxtəlif dövlət proqramları qəbul olunur və yeni layihələr həyata keçirilir”, - deyə A.Qədəşov qeyd edib. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.