Mərkəzi Bankın səlahiyyəti artırılır2023-10-27 | İqtisadiyyat | 1210Mərkəzi Bankın səlahiyyəti artırılır. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcəkdir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Mənbə: https://apa.az/maliyye/merkezi-bankin-selahiyyeti-artirilir-790677 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.