Nəhəng auditor "Azərkosmos" ilə müqavilə imzaladı2015-12-11 | Audit | 3490"PriceWaterhouseCoopers" beynəlxalq audit şirkəti "Azərkosmos"un 2014-cü il üzrə maliyyə hesabatının auditini aparacaq. Bu barədə agentliyinə "Azərkosmos"dan məlumat verilib. "PWC müvafiq təkliflər sorğusunun qalibi olub. Şirkətlə "Azərkosmos"un maliyyə hesabatının auditinin aparılması haqqında müqavilə imzalanıb", - deyə "Azərkosmos"dan qeyd ediblər. "Azərkosmos" ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir. Mənbə: http://marja.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.