"Lizinq şirkətlərinin ən böyük problemi həll olundu" - EKSPERT2015-12-15 | Vergilər | 3076Azərbaycana lizinq təyinatlı malların idxalı zamanı əlavə dəyər vergisinin (ƏDV) ləğvi lizinq şirkətlərinin ən böyük probleminin həll edilməsi deməkdir. Bunu fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq-ekspert komissiyasının rəhbəri Qorxmaz Ağayev deyib. Onun sözlərinə görə, bu addım lizinqlə satılan malların ucuzlaşmasına, lizinqin inkişafına səbəb ola bilər: "Doğrudur, lizinq şirkətləri gömrükdə ödədikləri 18% ƏDV-ni malın qiymətinin üzərinə gəlməklə itkilərini kompensasiya edirdilər, amma burada söhbət əvəzləşdirmədən getmir. Vergi Məcəlləsinə əsasən, lizinq maliyyə xidməti sayılır və bu xidməti göstərənlər lizinqlə satdıqları malın üzərinə ƏDV gələ bilməzlər. Son nəticədə belə bir vəziyyət yaranırdı ki, kimsə ölkəyə tutaq ki, hansısa qiymətə maşın gətirib, onun qiyməti gömrükdə 18% artırdı, amma bunu 3-cü şəxsə satanda həmin 18%-i əvəzləşdirmək mümkün olmurdu, çünki, qanunvericilik buna icazə vermirdi. Bu baxımdan idxalda ƏDV-nin ləğvi müsbət haldır, çünki əvəzləşdirmə problemi də olmayacaq". Mənbə: http://fins.az/mikromaliyye/892462/Lizinq_sirketlerinin_en_boyuk_problemi_hell_olundu___EKSPERT.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.