İş adamları təfəfindən verilən bəzi vergi təklifləri qəbul olunacaq.2016-03-14 | Vergilər | 2914Azərbaycan sahibkarları Vergilər Nazirliyinə müraciət edərək bəzi vergi növləri üzrə dəyişikliklərin edilməsini təklif ediblər. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, təkcə fevral ayında yerli iş adamlarından nazirliyə 26 təklif daxil olub, bu təkliflərin hamısı vergi qanunvericiliyinin tətbiqi ilə bağlıdır. "İcarədən vergi yeni qaydada tutulsun" Məsələn, Bakı şəhərindən Valeh Məmmədov bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə tətbiq olunmuş yeni qaydaların daşınmaz əmlakın icarəsindən vergi tutulmasına da şamil olunmasını təklif edib. Belə ki, o hesab edir ki, icarəyə verilmiş sahələrin qruplar üzrə a) ticarət təyinatlı; b) ofis təyinatlı; c) anbar təyinatlı; d) istehsal təyinatlı və s. təsnifləşdirilməsi və obyektin təyinatına uyğun olaraq sahənin hər kv. metrinə baza məbləği və zona əmsalı tətbiq edilməsi bu sahədə şəffaflığı təmin edəcək və ortaya çıxan bəzi anlaşılmazlıqları aradan qaldıracaq. "Elektron fakturaya keçilsin" Xırdalan şəhərindən vətəndaş Orxan Məmmədov Vergi Məcəlləsinin şərhlərinin dərc olunması və elektron qaimə-faktura sisteminin tətbiq olunmasını təklif edib. "Tax Free"yə başlansın" "Sinteks" MMC-nin direktoru Samir Hacıyev ölkəmizdə "Tax Free" mexanizminin tətbiq olunmasını təklif edir. O hesab edir ki, "Tax Free" mexanizminin tətbiqi xarici turistlərin ölkəmizə səyahətləri zamanı mağazalarda alış-veriş etdikdən sonra müvafiq sənədləri dolduraraq, ölkənin sərhədlərini tərk edən zaman həmin sənədləri təqdim edərək ödədikləri ƏDV-ni geri almasına və Azərbaycana turist axınının artmasına kömək edəcək. "Broyler fabriklərinə ƏDV güzəşti verilsin" "Göyçay Broyler" MMC-nin rəhbərliyi isə təklif edib ki, toyuq məhsullarının ixracını təşkil edən müəssisələrə icazə verilsin ki, ixrac etdikləri məhsulun məbləği dəyərində gömrük rüsumu və ƏDV almadan öz istehsalı üçün zəruri olan xammal və materiallar idxal edə bilsin. Bundan başqa, broyler şirkəti təklif edir ki, quşçuluq sənayesi üçün idxal olunan yem komponentləri, qatqılar, dərman preparatları, vaksinlərə tətbiq olunan gömrük rüsumu və ƏDV ləğv edilsin, habelə market və satış obyektlərinin toyuq əti satışından ödədiyi ƏDV də aradan qaldırılsın. "Bəzi təkliflər qəbul olunacaq" Vergilər Nazirliyi sahibkarlardan gələn təkliflərə diqqətlə yanaşır. Nazirlikdən bildirilib ki, sadalanan təkliflərin bir hissəsinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində istifadə olunacağı nəzərdə tutulur. Digər təkliflər barədə isə iş adamlarına müvafiq izahatlar (çox güman ki, onların qəbul olunmayacağı və bunun səbəbləri ilə bağlı Mənbə: http://fins.az/budce/896957/Is_adamlarindan_vergi_teklifleri___BAZILARI_QABUL_OLUNACAQ.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.