Azərbaycanda Baş Kollektiv Saziş2016-04-22 | Kadr işi | 3342Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Həmkarlar Іttifaqları KonfederasiyasıAzərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının qərarı N 154 Bakı şəhəri, 15 aprel 2016-cı il Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar: Azərbaycan Respublikası əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur). Artur RASІ-ZADə, Azərbaycan Respublikasının Baş naziri Səttar MEHBALIYEV, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyasının sədri Məmməd MUSAYEV, Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Azərbaycan Respublikasının NazirlərKabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-cı il 15 aprel tarixli 154 nömrəli qərarla bağlanmışdır Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün BAŞ KOLLEKTІV SAZİŞ Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar Іttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (Іşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra – Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2016-2017-ci illər üçün sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar. Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına yeni iş yerlərinin açılmasına, gəlirlərinin artırılmasına və vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir. Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir. Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinəçalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər. 1. İqtisadi siyasət sahəsində 1.1. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinəistiqamətləndirilməlidir. 1.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 1.2.1. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək etmək; 1.2.2. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək; 1.2.3. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq; 1.2.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək; 1.2.5. istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadəsi üçün təsirli tədbirlər görmək; 1.2.6.sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq; 1.2.7. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq; 1.2.8. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək; 1.2.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək; 1.2.10. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədbirləri davam etdirmək; 1.2.11. qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətin-də tədbirləri həyata keçirmək; 1.2.12. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək; 1.2.13. əhalinin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq; 1.2.14. yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək; 1.2.15. geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək; 1.2.16. “Azərbaycan Іpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görmək; 1.2.17. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək; 1.2.18. inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədi ilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək; 1.2.19. ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədi ilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq; 1.2.20. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qəbul olunmasınınsürətləndirilməsi üçün təsirli tədbirlər görmək; 1.2.21. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək; 1.2.22. ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək. 1.3. Tərəflər iqtisadiyyatın bütün sahələrində ümumi Daxili Məhsulun real artım göstəricilərininproqnozlaşdırılmasını zəruri hesab edirlər. 2. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi 2.1. Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər. 2.2. Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədi ilə aşağıdakı öhdəlikləri götürürlər: 2.2.1. Beynəlxalq əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli əmək üzrə ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək; 2.2.2. əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək; 2.2.3. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsi məqsədi ilə tədbirlər görmək; 2.2.4. gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək; 2.2.5. qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək; 2.2.6. minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi; 2.2.7. müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq; 2.2.8. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etmək. 3. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları 3.1. Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı ixtisaslı işçilərə tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla, təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı ilə səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir: 3.1.1. əmək və məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyinin artırılması, beynəlxalq standartlara və milli prioritetlərə əsaslanaraq qanunvericiliyin təkmilləşdirilməsi; 3.1.2. əmək bazarının təhlili məqsədi ilə mövcud informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, informasiya sisteminə əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə elementlərin daxil edilməsi; 3.1.3. əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması, müasir tələblərə cavab verən rəqabətədavamlı kadr potensialının formalaşdırılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, peşə standartlarının, o cümlədən təlim standartlarının hazırlanması; 3.1.4. dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması; 3.1.5. əmək miqrasiyasının səmərəliliyinin artırılması. 3.2. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 3.2.1. Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanaraq səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş institusional islahatları müəyyən etməklə, Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının layihəsini hazırlamaq; 3.2.2. gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndi-rilən tədbirləri dəstəkləmək; 3.2.3. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq; 3.2.4. sosial tərəfdaşların əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətini gücləndirmək; 3.2.5. məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən icbari sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; 3.2.6. əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək; 3.2.7. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədi ilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək; 3.2.8. gənclərin, sosial müdafiə və xüsusi qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali qruplarının, əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində işləri davam etdirmək; 3.2.9. valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra iş yeri ilə təmin olunmasına köməklik göstərmək; 3.2.10. ölkə və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsədlər üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək; 3.2.11. mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək; 3.2.12. əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq; 3.2.13. əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək; 3.2.14. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin tələbə və şagirdlərinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək; 3.2.15. məşğulluq məsələləri üzrə ölkə regionlarında yaradılmış əlaqələndirmə komitələrinə köməklik göstərmək; 3.2.16. əmək resurslarının daxili ərazi mobilliyinihəvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq; 3.2.17. Beynəlxalq əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq; 3.2.18. layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədi ilə birgə tədqiqatlar keçirmək; 3.2.19. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək; 3.2.20. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək; 3.2.21. sosial infrastrukturyönlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsinin artırılması; 3.2.22. peşə ixtisasları üzrə standartların beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmasını davam etdirmək. 4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri 4.1. Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər: 4.1.1.əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi; 4.1.2. ІІV/QІçS-ə, şəkərli diabet, hemofiliya, talassemiya və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi; 4.1.3. məktəbəqədər təhsil müəssisələrində uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi; 4.1.4. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilməsi; 4.1.5. müəssisə və təşkilatların mənzilə ehtiyacı olan işçilərinin mənzillə təmin edilməsinin təşkili və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanlarıntəhlükəsizliyinin təmin edilməsi; 4.1.6. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsait daxilində maliyyələşdirilməsinin təmin edilməsi, ayrılan vəsaitdən istifadənin səmərəliliyininartırılmasına nail olunması, sanatoriya-kurort yollayışlarının qismən dəyərinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsi; 4.1.7. səhiyyə sistemində dövlət sektorunun prioritet rolunun saxlanması və özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalı axınının qarşısının alınması məqsədi ilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması, vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz göstərilməsinin davam etdirilməsi; 4.1.8. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarının işlənilib hazırlanması; 4.1.9. işəgötürənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi; 4.1.10. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin gücləndirilməsi; 4.1.11. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin gücləndirilməsi; 4.1.12. müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydaların hazırlanıb qəbul olunması; 4.1.13. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi; 4.1.14. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması; 4.1.15. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması; 4.1.16. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək və sığorta stajına daxil edilməsi üçün birgə müzakirələrin aparılması; 4.1.17. əlillərin, sağlamlıq imkanları məhdud uşaqların və əlil gənclərin stasionar şəraitdə tibbi-sosial reabilitasiyasının genişləndirilməsi; 4.1.18. ünvanlı dövlət sosial yardımı və tibbi-sosial ekspertiza xidmətlərinin elektron texnologiyalar üzərində avtomatlaşdırılmasının həyata keçirilməsi; 4.1.19. sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması məqsədi ilə islahatların davam etdirilməsi; 4.1.20. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək; 4.1.21. icbari tibbi sığortanın tətbiqinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; 4.1.22. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək; 4.1.23. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın icrası istiqamətində tədbirlərin davam etdirilməsi. 5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik 5.1. əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini,texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 5.1.1. içməli su, onun təchizatı və keyfiyyəti barədə qanun layihəsinin qəbul edilməsinə nail olmaq; 5.1.2. əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın qəbul edilməsinisürətləndirmək; 5.1.3. əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların və standartların hazırlanması işlərini davam etdirmək; 5.1.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq; 5.1.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; 5.1.6. işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraiti istehsalatlarının siyahısını hazırlamaq; 5.1.7. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalının imkanlarını araşdırmaq; 5.1.8. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloji təhlükəsizliyi təmin etmək; 5.1.9. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq; 5.1.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək; 5.1.11. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq; 5.1.12. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək; 5.1.13. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarınınmöhkəmləndirilməsi məqsədi ilə istirahət evləri, turist bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq göndərişlər (yollayışlar) vermək; 5.1.14. idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində davamlı olaraq onların iştirakını təmin etmək; 5.1.15. işçilərin, xüsusilə gənc nəslin, əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması məqsədi ilə respublikanın müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək; 5.1.16. nazirlik, komitə, idarə, müəssisə və digər qurumlar tərəfindən əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə Baş Kollektiv Sazişin qüvvədə olduğu müddətdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin də daxil olduğu komissiyalar yaradılmaqla bu sahədə tənzimləməni həyata keçirmək; 5.1.17. əmək qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək; 5.1.18. əhalinin sağlamlığı və ətraf mühitin qorunması məqsədi ilə yaşıllıqların salınması və onlara qulluq edilməsi, ərazilərin məişət tullantılarından təmizlənməsi üçün əmək kollektivlərinin iməciliklərini təşkil etmək; 5.1.19. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq. 6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi 6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən sosial partnyorluğunimkanlarından daha səmərəli istifadə olunması zəruridir. 6.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər: 6.2.1. sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq, sosial tərəfdaşlardan ibarət üçtərəfli komissiyanı təsis etmək; 6.2.2. sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ-hüquqi aktların layihələrini müzakirə etmək; 6.2.3. ”Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələri və normativ aktlar hazırlanarkən həmkarlar ittifaqlarının mövqeyini nəzərə almaq; 6.2.4. Beynəlxalq əmək Təşkilatının dəstəyini almış “Іşəgötürənlər birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərmək; 6.2.5. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “Іlin ən yaxşı sosial layihəsi”, “ən yaxşı kollektiv müqavilə”, “ən yaxşı sosial-məsuliyyətli müəssisə” müsabiqələrinin təşkil edilməsini nəzərdən keçirmək; 6.2.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək; 6.2.7. MDB ölkələrinin ParlamentlərarasıAssambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model Qanunun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək. 6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədi ilə respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına yardım edəcəklər. 6.4. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrinin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır. 6.5. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər: 6.5.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi; 6.5.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanması və həyata keçirilməsi; 6.5.3. sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanması üzərində birgə nəzarətin gücləndirməsi. 6.6. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər. 6.7. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daim həyata keçirir və Baş Kollektiv Sazişin əlavəsində əks olunan göstəricilər üzrə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir. 6.8. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər. 6.9. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır. 6.10. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 6.11. Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir. 6.12. Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir. 6.13. Baş Kollektiv Saziş 2016-2017-ci illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmadığı təqdirdə, bu Baş Kollektiv Sazişin qüvvədəolma müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. 6.14. Baş Kollektiv Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublikanın kütləvi informasiya vasitələri ilə yayırlar. 6.15. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.
Baş Kollektiv Sazişə əlavə əsas sosial-iqtisadi göstəricilər ümumi Daxili Məhsul (mln. manatla). əsas kapitala investisiyaların ümumi Daxili Məhsulda payı (faizlə). Іdman və turizm sektorlarına yönəldilmiş investisiyaların həcmi (mln.manatla). Sosial-mədəni tədbirlərə dövlət büdcəsindən ayrılan xərclər (mln.manatla). ümumi Daxili Məhsulda faizlə - (hər il may ayının ikinci ongünlüyü). Daimi əhalinin sayı (min nəfər) - (hər il may ayının ikinci ongünlüyü). Doğulanlarda gözlənilən ömür uzunluğu (yaş sayı) - (hər il may ayınının ikinci ongünlüyü). Doğum əmsalı (əhalinin hər 1000 nəfərinə). ölüm əmsalı (əhalinin hər 1000 nəfərinə). əhalinin təbii artım əmsalı (əhalinin hər 1000 nəfərinə). əhalinin hər nəfərinə düşən gəlirlər (manatla). əhalinin sərəncamında qalan gəlirlərin real artım sürəti (müqayisə edilən dövrə nisbətən, faizlə). Hesablanmış orta aylıq əməkhaqqı (manatla): nominal (manatla, faizlə artım); real (faizlə artım); iqtisadiyyatın sahələri üzrə (manatla). ümumi Daxili Məhsulda əmək ödənişlərinin xüsusi çəkisi (faizlə). Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla): orta aylıq məbləğ (manatla); nominal (manatla, faizlə artım); real (faizlə artım). Іstehlak mallarının qiymət indeksi (faizlə). Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla). Іqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə). Іqtisadi fəal əhalinin sayı (min nəfərlə). Məşğul olan işçilərin bölünməsi (min nəfərlə): status üzrə (hər il may ayının ikinci ongünlüyü); sahələr üzrə. Qeydə alınmış işsizlərin sayı (min nəfərlə). Іşsizlik statusu olanların sayı (min nəfərlə). Bir iş yeri vakansiyasına düşən işsizlərin sayı. Іstehsalat xəsarətləri (zədələri), o cümlədən: ölümlə nəticələnən; ağır və təhlükəli əmək şəraitində. Muzdla işləyənlərin xüsusi çəkisi (faizlə), o cümlədən qadınların (hər il may ayının ikinci ongünlüyü). əsas növlər üzrə peşə xəstəlikləri (hər il may ayının ikinci ongünlüyü). Layiqli əməyə dair mövcud göstəricilər. Mənbə: http://fins.az/statistika/898751/Azerbaycanda_Bas_Kollektiv_Sazis___TAM_MATN.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.