e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Nazir: "Fiziki şəxslər və torpaq sahibləri hesabatdan azad olunacaq"

2016-05-26 | Mühasibat uçotu | 3256

"Muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahiblərinin hesabat verməkdən azad edilməsi istiqamətində iş gedir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdeyib.

"Hazırda birinci addım atılıb. Əgər əvvəllər fiziki şəxslər və hüquqi şəxslər ödədikləri sosial sığorta haqlarına görə ayrıca hesabat, fərdi uçota görə ayrı hesabat verirdilərsə, artıq bu hesabatlar birləşdirilib və vahid formada 3 aydan bir təqdim edilir. Növbəti addım isə muzdlu işçisi olmayan fiziki şəxslərin və torpaq sahiblərinin ödədikləri vəsaitə görə hesabatlılıqdan azad edilməsidir. Hazırda bununla bağlı iş gedir. Yaxın zamanlarda muzdlu işçisi olmayan fiziki şəxslər və torpaq sahibləri hesabat təqdim etməyəcək", - deyə nazir qeyd edib.

Mənbə: http://www.marja.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.