Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi.2016-05-27 | Vergilər | 3467Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi barədə fərman imzalayıb. Dəyişikliklərə əsasən, məcəlləyə aşağıdakı məzmunda 212.6-cı maddə əlavə edilib: "212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır: 212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda; 212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda". Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, digər qanunların, Azərbaycan Prezidentinin aktlarının və digər sənədlərin bu dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etsin. Eləcə də Nazirlər Kabineti Vergi Məcəllsinə əlavə edilən yeni maddəyə uyğun olaraq, xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin. Mənbə: http://fins.az/budce/900499/Vergi_Mecellesi_deyisdirildi___PREZIDENTDAN_FARMAN.html |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.