Azərbaycanda İslam bankçılığı haqqında qanun hazırlanacaq.2013-09-25 | İqtisadiyyat | 2904Bu ilin noyabr ayında Azərbaycana İslam İnkişaf Bankının missiyası gələcək. Bunu Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib. B.Qurbanzadənin sözlərinə görə, missiya çərçivəsində ölkədə İslam bankçılığının inkişafı müzakirə olunacaq. Eyni zamanda tərkibində Nazirlər Kabineti, Mərkəzi Bank, İqtisadi İnkişaf, Vergilər və Maliyyə nazirlikləri və ABB-nin nümayəndələri olan İslam bankçılığı üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair işçi qrupu yaradılacaq. İşçi qrup xarici məsləhətçinin iştirakı ilə Azərbaycanda İslam bankçılığının inkişafı konsepsiyasını və qanun layihəsini hazırlayacaq. Qeyd edək ki, hazırda İslam bankçılığına həsr olunan vahid və təkmil qanunvericilik baza yoxdur ki, bu səbəbdən ölkədə bir sıra İslam bankçılığının məhsullarını tətbiq etmək mümkün deyil. Mənbə: www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.