Bakıda "Mühasiblər Forumu–2016"2016-09-05 | Mühasibat uçotu | 3375Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (AMRPA) təşkilatçılığı ilə noyabrın 11-də Bakıda "Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi" mövzusunda "Mühasiblər - Forumu 2016" keçiriləcək. Forumda müxtəlif sektorlarda çalışan mühasiblərin peşəsində şəffaflıq və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi yolları müzakirə ediləcək. Bu ildən etibarən Mühasiblər Forumu müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün platforma qismində çıxış edəcək. Mənbə: http://azertag.az/xeber/Bakida_Muhasibler_Forumu_2016_kechirilecek-989055 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.