Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırır2013-10-24 | İqtisadiyyat | 2879Barədə BVF-nin hesabatında deyilir. Müqayisə üçün bildirək ki, ölkə hökumətinin bu həftə açıqladığı proqnozlara əsasən, gələn il Azərbaycanda iqtisadi artım 5,2%, bu il isə 4,5% olacaq. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində ölkədə iqtisadi artım artıq 5,4% təşkil edib və beləliklə, həm BVF, həm də hökumət ilin qalan hissəsində artım tempinin azalacağını gözləyir. Bundan əlavə, BFV-nin proqnozlarına görə, gələn il Azərbaycanda inflyasiya 6,3%, bu il isə 3,7% olacaq. Hökumətin proqnozlarında isə bu göstərici müvafiq olaraq 3,5% və 3,3% səviyyəsində gözlənilir. Beləliklə, BVF hökumətdən fərqli olaraq gələn il üçün daha kəskin həddə inflyasiya gözləyir. Bu il üçün isə proqnozlar təxminən eyni səviyyədədir. Qeyd edək ki, 9 ayın nəticələrinə görə, Azərbaycanda inflyasiya 2,3% təşkil edib və beləliklə, həm hökumət, həm də BVF cari ilin qalan hissəsi ərzində istehlak qiymətlərinin tədricən artacağını proqnozlaşdırır. Mənbə: www.apa.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.