e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

AR Vergi Məcəlləsində və "Mühasibat uçotu haqqında" Qanununda dəyişikliklər edilib.

2016-10-22 | Mühasibat uçotu | 4378

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Mühasibat uçotu haqqında" AR Qanununda dəyişiklik edilməsi barədə" qanunlarının qüvvəyə minməsi ilə əlaqədar qanunun tətbiqi haqqında sərəncamlar imzalayıb.

AR Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində "daşınması" sözündən sonra ", habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti" sözləri əlavə edilib.

Dəyişikliyə əsasən, tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti ƏDV-nə 0% ilə cəlb ediləcək.

"Mühasibat uçotu haqqında" Qanuna edilən dəyişikliyə əsasən:

Qanunun 12.1-ci maddəsinin birinci cümləsində "dövlət orqanlarına" sözləri "müvafiq qurumlara" sözləri ilə əvəz edilsin.

Qanunun 2.1.9-cu maddəsində "investisiya fondları" sözlərindən sonra "və bu fondların idarəçiləri" sözləri əlavə edilsin.

Mənbə: http://president.az/documents/laws


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.