e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyinə yeni səlahiyyət verildi

2016-10-26 | İqtisadiyyat | 2971

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib. Fins.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" fərmanında əksini tapıb.

Dəyişiklik sistemdən dövlət orqanlarının informasiya alması ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyi sistemdən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, habelə ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında məlumatlar alacaq.

Mənbə: http://fins.az/budce/908879/vergiler-nazirliyine-yeni-selahiyyet-verildi.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.