Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.2016-12-25 | Vergilər | 2899Bu barədə vegilər naziri Fazil Məmmədov MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin 14.12.2016 tarixində keçirilən iclasında məlumat vermişdir. "Sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergi ödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Bunun qarşısını almaq üçün vergi ödəyiciləri tərəfindən planlaşdırılan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması vacibdir. Bu mexanizmin əsası iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəliklərinin həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılarkən müəyyən edilməsini özündə ifadə edir. Həmin vergi ödəyicilərinə sonradan əlavə vergilərin hesablanmaması və əlavə maliyyə sanksiyalarının tətbiq olunmaması ilə nəticələnəcək. Bu məqsədlə vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması ilə bağlı müvafiq müddəalar müəyyən edilib", - deyə nazir qeyd etmişdir. Hər bir belə əməliyyatın dəyəri 10 mln. manatdan az olmamalıdır və bununla bağlı qərar üçün dövlət rüsumu ödənilməlidir. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə, dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikliyə əsasən 01.01.2017 tarixindən 500 manat təşkil edəcək. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.