e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb

2016-12-27 | İqtisadiyyat | 3762

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilib.

Müvafiq qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Mənbə: http://apa.az/maliyye_xeberleri/azerbaycanda-ehtiyac-meyarinin-heddi-artirilib-4802.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.