e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib

2017-02-03 | Mühasibat uçotu | 3246

Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir. Qeyd edək ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlar maliyyə vəziyyəti haqqında, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərdən ibarətdir.

Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim etmək lazımdır.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar.

Mənbə: https://report.az/maliyye/maliyye-nazirliyi-qeyri-hokumet-teskilatlarina-xeberdarliq-edib/


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.