Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur2017-03-01 | Kadr işi | 3365Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur. "Report"un xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsində əksini tapıb. Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək. 1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq. Mənbə: https://report.az/sosial-mudafie/azerbaycanda-emek-pensiyalarinin-bazasi-hissesi-legv-olunur/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.