Azərbaycanda pensiya yaşı artırılır2017-03-01 | Kadr işi | 3174Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq. "Report"un xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihə 98 dəyişiklikdən ibarətdir. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Mənbə: https://report.az/sosial-mudafie/azerbaycanda-pensiya-yasi-artirilir/ |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.