e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?

2017-04-06 | Kadr işi | 3752

Pensiya sistemində edilən yeni dəyişikliklərlə bağlı yaranan suallara aydınlıq gətirirlib. Fins.az iqtisadçı-ekspert Vüqar Bayramovun açıqlamasını təqdim edir:

Yeni dəyişikliklərə əsasən, pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğunu və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:

12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat

Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.

  1. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa o zaman pensiyaya çıxmaq üçün həmin məbləği necə artırmaq olar?

    Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:

    - Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.

    - Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5 840 manat kəsir var. Bu zaman həmin şəxs özü, və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir

  2. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxsa bu halda əmək pensiyası ala bilərmi?

    Dəyişiklik bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər az sosial ödəniş edibsə o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə o zaman da pensiya almaq hüququna malik olur.

  3. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır. Bu zaman əmək pensiyası ala bilirmi?

    Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.

  4. Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?

    Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da belə pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.

  5. Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?

    Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq, 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.

  6. 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytaılacaqmı?

    Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.

  7. Minimumdan artıq yığımlar edən ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?

    Həmin vəsaitlərin varisə qaytarılması halları o zaman baş verəcək ki, ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısının yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yğılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o öz pensiyasından imtina edib rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.

  8. Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?

    Yığım hesabında vəsaitin əmək yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək

  9. 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara aiddirmi?

    25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək.

    Mənbə: http://fins.az/sosium/919358/amek-pensiyasi-almaq-uchun-yigim-meblegi-ne-qeder-olmalidir-mablaglar.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.