I Milli Mühasiblər Forumu keçirilib.2017-04-11 | Mühasibat uçotu | 32888 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbiri keçirməkdə məqsəd baş mühasibləri, mühasibatlıq sahəsində çalışan alimləri, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr hazırlamaq, o cümlədən respublikamızda Milli Mühasiblərin forumunu qurmaqdan ibarət olmuşdur. Forum Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Firuzə Abdullayevanın nitqi ilə başlamışdır. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi Mirəli Kazımov, Azərbaycan Auditorlar Palatası sədrinin müşaviri Nəcəf Talıbov, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov çıxışlarında “I Milli Mühasiblər Forumu”nun Mühasibatlığın inkişafındakı əhəmiyyətindən, mövcud problemlərin həllinin tapılmasında, qanun¬vericiliyin təkmilləşməsində böyük rol oynayacağını söyləmişdilər. Forumda 4 bölmədə: Mühasibat Uçotu sahəsində hüquqi baza və yeni çağırışlar, Vergi islahatlarının uçota təsiri, Mühasibatlıq sahəsində təhsil və sertifikasiya və Mühasibatliqda İKT: Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır. Tədbirdə II Milli Mühasiblər Forumunun təşkilat komitəsi də qurularaq 14 nəfər üzv seçilmişdir. Tədbirin sonunda Ruslan Atakişiyev və Radil Fətullayevin aparıcılığı ilə Mühasibat uçotu üzrə Respublika I Breyn-rinqi keçirilmişdir. Breyn-rinqdə "HAYKS" komandası qalib gəlmişdir. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.