e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər Nazirliyi uçotun aparılmasına dair yeni qaydalar hazırlayıb

2017-04-19 | Vergilər | 2899

"Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə - pərakəndə ticarət, ictimai iaşə, istehsal və topdansatış və xidmət sahəsində uçotun aparılmasına dair qaydalar hazırlanıb". "APA-Economics" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini İlkin Vəliyev "Caspian European Club"un təşkilatçılığı ilə keçirilən biznes forumda bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu qaydalar təsdiq ediləcək: "Bu qaydalar mühasibat uçotu ilə bağlı deyil. Bu qaydalar vergi uçotunun aparılması zamanı vergi ödəyicisi tərəfindən göstərilmiş iş və xidmətin hansı sənədlə rəsmiləşdirilməli olduğunu dəqiq bilməsi üçün hazırlanıb. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb. Bu qaydaların bu həftə ərzində təsdiq edilməsi gözlənilir".

Mənbə: http://www.apa.az/iqtisadiyyat-xeberleri/sahibkarliq-fealiyyeti/vergiler-nazirliyi-ucotun-aparilmasina-dair-yeni-qaydalar-hazirlay


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.