Azərbaycan kənd təsərrüfatı ehtiyacları üçün bəzi malların idxalının rüsum və ƏDV-dən azad edilməsi müddətini uzadıb2013-11-20 | Vergilər | 2401Azərbaycan Nazirlər Kabineti bəzi idxal edilən malların idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müddətini 3 il uzadıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazilər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir. Məlumata görə, qüvvədə olan qərar 2011-ci il martın 1-də 3 il müddətinə qəbul edilmişdi. Dəyişikliyə əsasən, qərar 2017-ci ilin mart ayınadək qüvvədədir. Mənbə: www.trend.az |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.