e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Bir qrup vergi ödəyicisinin borcları silindi

2017-04-21 | Vergilər | 2503

2017-ci il aprelin 1-dək 41 min 352 vergi ödəyicisinin 1 milyard 16 milyon 626 min manat məbləğində vergi borcu olub. Vergilər Nazirliyindən Fins.az-a verilən məlumata görə, 1-ci rübdə 35 min 542 vergi ödəyicisinin 251 milyon 86 min 400 manat məbləğində vergi borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 milyon 831 min manat məbləğində borcu silinib.

"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728 milyon 83,1 min manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən ilin yanvar-mart ayları ərzində edilmiş 8 milyon 13 min 100 manat ödəniş müqabilində 4 min 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borclarının 13 milyon 760,9 min manatı silinib. Xatırladaq ki, 2017-ci il yanvarın 1-dək 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 milyard 409 milyon 370,7 min manat vergi borcu olub.

Mənbə:


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.