Əmək müqaviləsinə xitam verilən işçilərə yeni hüquqlar və ayrılacaq müavinətlər müəyyənləşdirilir2017-05-13 | Kadr işi | 3447Azərbaycanda əmək müqaviləsinə xitam verilən işçilərin sonrakı təminatı ilə bağlı yeni qaydalar hazırlanıb. APA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinin 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) maddəsinə dəyişikliklər layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Layihəyə görə, qeyd olunan maddənin 1-ci bəndində deyilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əmək müqavilələrinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdarlıq edilməlidir:
Maddənin 3-cü bəndinin yeni təklif olunan variantına görə isə, əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a" və "b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
- işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta aylıq əməkhaqqı ödənilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.