e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir

2017-05-13 | Kadr işi | 3670

Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır.

Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: http://apa.az/sosial_xeberler/emek-muqavilelerinin-muddeti-ile-bagli-sertler-deyisdirilir-3410.html


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.