ASC-lər bu məlumatları hər il dərc etməyə borcludurlar - DƏYİŞİKLİK2017-05-23 | Hüquq | 3079Mülki Məcəllənin 99,2-ci maddəsi yeni redaksiyada qüvvəyə minib. "Marja" xəbər verir ki, bundan sonra açıq səhmdar cəmiyyətləri (ASC) nəyinki balanslarını, götürdükləri kredit, investisiya həcmi və mənbəyi, vəzifəli şəxslər və s. barədə məlumatları da hər il dərc etməyə borclu olacaqlar. İndiyədək 99,2-ci maddədə göstərilirdi ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Yeni redaksiya isə aşağıdakı şəlkildədir. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: - hesabat dövrü üzrə maliyyə göstəriciləri; - aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; - cəlb edilmiş maliyyə vəsaitləri; - idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; - idarəetmə strukturu; - inkişaf siyasəti; - səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; - idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər; - investisiyaların həcmi və mənbəyi; - cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; - ictimai layihələr. Mənbə: http://marja.az/news/7575 |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.