e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda "Böyük dördlüy"ə daxil olan audit şirkətlərinin xidmətlərinə maraq kəskin azalıb

2017-06-11 | Audit | 3300

Azərbaycanda fəaliyyət göstərən xarici auditor təşkilatlarının xidmətlərinə maraq azalıb.

Auditorlar Palatasının 2016-cı il üzrə hesabatına görə, 2015-ci illə müqayisədə ötən il xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə müqavilə sayı 651-dən 495-ə qədər, yəni 156 ədəd və ya 24% azalıb.

Bağlanan müqavilələrin sayında azalma müşahidə olunsa da, bağlanan müqavilələrin məbləği artıb. Belə ki, müqavilələrin məbləği 32 mln. 452 min 663,2 manatdan 36 mln. 634 min 14,7 manatadək, yəni 4 mln. 181 min 351,5 manat və ya 12,9% artıb.

Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilə sayı 497-dən 526-ya qədər, yəni 29 ədəd və ya 5,8%, məbləği 11 mln. 718,681 min manatdan 14 mln. 495 min 213,7 manatadək, yəni 2 mln. 776 min 532,7 və ya 23,7% artım nümayiş etdirib.

Yerli auditor təşkilatları üzrə müqavilə sayı 1063-dən 1531-ə qədər, yəni 468 ədəd və ya 44%, məbləği isə 3 mln. 245 min 655,8 manatdan 3 mln. 905,117 min manata qədər, yəni 659 min 461,2 manat və ya 20,3% artıb.

Sərbəst auditorlar üzrə müqavilə sayı 883-dən 988-ə qədər, yəni 105 ədəd və ya 11,9%, məbləği isə 1 mln. 689,089 min manatdan 1 mln. 827 min 820,1 manata qədər, yəni 138 min 731,1 manat və ya 8,2% artım nümayiş etdirib.

Qeyd edək ki, 2015-ci il ilə müqayisədə 2016-cı ildə yerinə yetirilmiş müqavilələrin sayı 2649-dan 2663-ə qədər, yəni 14 ədəd və ya 0,5%, məbləği 40 mln. 601 min 128,5 manatdan 47 mln. 706 min 104,9 manata qədər, yəni 7 mln. 104 976,4 manat və ya 17,5%, orta məbləği isə 15,327 min manatdan 17 min 914,4 manata qədər, yəni 2 min 587,4 manat və ya 16,9% artıb.

Beləliklə, 2015-2016-cı illər üzrə aparılan müqayisələr aşağıdakı nəticələr üzə çıxıb:

1) Yerinə yetirilmiş müqavilələrin sayına görə:

  • xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri ("Böyük dördlük") üzrə 22%-dən 16,8%-ə qədər azalıb;
  • xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə 12,1%-dən 12,3%-ə qədər artıb;
  • yerli auditor təşkilatları üzrə 37,8%-dən 39,4 %-ə qədər artıb;
  • sərbəst auditorlar üzrə 28,1%-dən 31,5%-ə qədər artıb.

2) Yerinə yetirilmiş müqavilələrin məbləğinə görə:

  • xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri ("Böyük dördlük") üzrə 75,3%-dən 72,9%-ə qədər azalıb; xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə 14%-dən 17,6%-ə qədər artıb;
  • yerli auditor təşkilatları üzrə 7,4%-dən 6,6%-ə qədər azalıb;
  • sərbəst auditorlar üzrə 3,2%-dən 2,9%-ə qədər azalıb.
Qeyd edək ki, "Böyük dördlüy"ə "PricewaterhouseCoopers" ("PwC"), "Deloitte", KMPG və "Ernst & Young" daxildir.

Mənbə: http://marja.az/news/8219


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.