Yeni Fikir 2017-nin qalibləri açıqlandı2017-06-13 | Mühasibat uçotu | 2831Hörmətli mühasiblər. Sizin ilə uğurumuz və sevincimiz ilə paylaşmaq istərdik. Belə ki, 09.06.2017 tarixində Yeni Fikir 2017 startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib. MUHASİB.AZ saytının və EMVP komandasının birgə hazırladığı "Mühasiblər üçün Trenajor" layihəsi də bu müsabiqədə iştirak edib və 148 layihə arasında 3-cü yerə layiq görülüb. YeniFikir müsabiqəsinin bütün təşkilatçılarına, Nəqliyyat, Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinə gənclər üçün yaratdığı şəraitə görə təşəkkür edirik. Yeni startaplara dəstəyiniz daimi olsun. Dəstəklədiyiniz startaplar müsabiqələrdə daim yüksək nəticələr göstərsinlər. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.