e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Vergilər "qiymətlərdə kənarlaşmanı aşkar etmək üçün" bu sistemdən istifadə edəcək

2017-06-22 | Vergilər | 2980

Azərbaycan Vergilər Nazirliyi "Thomson Reuters (Markets) Eastern Europe Limited" şirkəti ilə onun informasiya bazasına çıxış əldə edilməsi üzrə müqavilə imzalayıb. Müqavilənin dəyəri 178.7 min manatdır (105 min dollardan çox).

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu şirkətlə bağlanmış üçillik müqavilə bir sıra əsas baza moduluna giriş imkanı yaradır və bu bazadan istifadə etməklə mövcud metodlar əsasında qiymətləri müqayisə etmək mümkündür. Bu bazalardan istifadə edən ölkələr qiymətlərdə kənarlaşmanı aşkar etməklə xeyli vəsaiti büdcələrinə qaytara bilirlər. Xərclərin süni şəkildə artırılması hallarının qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən aparılan əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və bu əməliyyatlar nəticəsində vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.

Mənbə: http://marja.az/news/9079


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.