e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırıldı

2013-11-22 | İqtisadiyyat | 2790

Cümə günü Milli Məclis 2014-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi, yaşayış minimumu və ehtiyac meyarları haqqında qanun layihələrini təsdiqləyib.

Trend-in məlumatına görə, layihəyə əsasən, 2014-cü ildə DSMF-nin xərcləri və gəlirləri 11,2 faiz və ya 295,8 milyon manat artaraq 2,928 milyard manat təşkil edəcək.

Ölkə üzrə yaşayış minimumu builki 116 manatdan 2014-cü ildə 125 manata qədər, həmçinin əhalinin əmək qabiliyyətli hissəsi üçün 136 manata qədər (2013-cü ildə 125 manat), uşaqlar və pensiyaçılar üçün 103 manata qədər (müvafiq olaraq 93 manat və 94 manat) artırılacaq.

"2014-cü ildə ehtiyac meyarının səviyyəsi haqqında" qanun layihəsi bu meyarın ünvanlı sosial yardımların təyinatı üçün 2013-cü ildəki 93 manatdan 100 manata qədər artırılmasını nəzərdə tutur.

Bundan başqa, deputatlar Milli Məclisin və Hesablama Palatasının 2014-cü il üzrə xərclər smetasını təsdiqləyiblər.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.