Yeni qaydalar təsdiq olunub2017-08-09 | Vergilər | 3111"Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları" Vergilər Nazirliyi tərəfindən təsdiq olunub. Qaydaların qəbul olunmasında başlıca məqsəd gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün qeydiyyat kitabının tətbiqi, vergi ödəyiciləri ilə bağlı zəruri tədbirlərin görülməsidir. Qaydalar toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edən və digər oxşar fəaliyyət göstərən - fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxsləri əhatə edir. Qaydalara əsasən, ictimai iaşə obyektləri yerləşdikləri ərazi üzrə vergi orqanları tərəfindən qeydiyyat kitabı ilə təmin ediləcəklər. Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına başlamazdan əvvəl aparılmalıdır. Təsərrüfat subyektlərində (obyektlərində) qeydiyyat kitabı tətbiq olunan vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Vergi ödəyiciləri tərəfindən qeydiyyat kitabında qeyd olunan məlumatların vergi orqanına vaxtında təqdim edilməsi barədə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən mütəmadi olaraq maarifləndirmə və qanunvericiliyin tələbləri barədə məlumatlandırma aparılacaq. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra 10 iş gün ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergi ödəyiciləri barədə məlumatlar risk meyarı kimi qiymətləndirilərək adları operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim ediləcək ki, vergi nəzarəti tədbirləri zamanı nəzərə alınsın. Qeydiyyat kitabındakı məlumatlara əsasən tərtib edilən məlumat forması vergi ödəyiciləri tərəfindən kağız daşıyıcılarda və ya Vergilər Nazirliyinin "İnternet vergi idarəsi"ndə real vaxt rejimində elektron qaydada tərtib edilib vergi orqanına təqdim edilə bilər. Elektron formada təqdim edilmiş məlumatlar "Axtarış&Hesabat" informasiya sisteminin müvafiq hesabatlarına inteqrasiya olunacaq. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən müvafiq qaydada təqdim olunmuş məlumatlar vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturu tərəfindən ayda 1 dəfədən az olmayaraq "Axtarış&Hesabat" informasiya sistemindən alınaraq təhlil olunacaq. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslərin VÖEN-i olduğu halda, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alıb-almadığı yoxlanılacaq. Müğənnilik fəaliyyəti ilə məşğul olan və ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin gəlirləri barədə məlumatlar həmin dövr üzrə təqdim edilmiş vergi bəyannamələrinin məlumatları ilə proqram təminatı tərəfindən avtomatik olaraq qarşılaşdırılacaq, kənarlaşmalar aşkar olunduqda kameral vergi yoxlaması ilə müvafiq tədbirlər görüləcək. Vergi orqanları tərəfindən ildə 2 dəfədən az olmayaraq aşağıdakı istiqamətlərdə məlumatlar təhlil edilərək riskli vergi ödəyicilərinin siyahısı müəyyənləşdiriləcək:
Qaydalar ilə buradan tanış ola bilərsiniz - Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması QAYDALARI. |
E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024
Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.