e - MÜHASİB.AZ

Məlumat bazaları üzrə axtarış

Azərbaycan gəlir vergisi üzrə güzəştlərin və ödənişlərdən azadetmənin əhatəsini genişləndirib

2013-11-22 | Vergilər | 2513

Azərbaycan xaricdə diplomatik xidmət orqanlarında işləyən və gəlir vergisi üzrə güzəşt və azadetmələrin şamil olunduğu şəxslərin siyahısını genişləndirib.

Hazırda belə güzəştlər və azadetmələr xaricdə işləyən diplomatik xidmətlərin işçilərinə və bu orqanlarda material-texniki təminat sahəsində öhdəliklərini yerinə yetirən şəxslərə şamil edilir.

Milli Məclis noyabrın 22-də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib. Dəyişikliklər gəlir vergisi üzrə azadetmə və güzəştlərin xaricdə Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının mühafizəsini təmin edən hərbçiləri əhatə etməsini nəzərdə tutur.

Bundan başqa, "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliyə əsasən, bu kateqoriyadan olan şəxslərin gəlirləri icbari sosial sığorta üzrə ödənişlərin ayrıldığı gəlirlər siyahısına daxil edilib.

Mənbə: www.trend.az


Mesaj
Şərh Göndər

E-MUHASIB.AZ, Bütün hüquqlar qorunur © 2024

Saytdakı materiallardan istifadə yalnız sayt rəhbərinin yazılı icazəsi ilə mümkündür.